Tarix fənninin tədrisində debat ən səmərəli metodlardan biri kimi
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox məsələlərdə olduğu kimi tarixdə və tarix fənninin tədrisində olan meyarlar da dəyişdi. Belə ki, əgər Sovet dövründə tarixi şəxslər, tarixi hadisələr və proseslərə olan münasibət “mərkəzdə” formalaşdırılaraq geniş ictimaiyyət üçün hazır və dəyişilməz məhsul kimi ötürülürdüsə, təqdim olunan məhsulu hər kəs kult olaraq qəbul edirdisə, müasir dövrdə yanaşma tərzi tamam fərqlidir. Buna təsir edən əsas amillər “buxovların” əvvəlkinə nisbətən xeyli yumşalması və informasiyanın əldə edilməsi üçün daha çox İKT-nin köməyindən istifadədir. Bu isə şagirdlərin sinfə daha rəngarəng informasiya ilə gəlməsini təmin edir. Müəllimlərin artıq informasiya və bilikləri hazır şəkildə ötürməsi şagirdləri qane etmir. Bu isə müəllim haqqında müxtəlif baxışların yaranmasına gətirib çıxarır. Belə ki, müəllimin peşəkarlığına, mövzunu şagirdlərə çatdırmasına “kölgə” salır. Ənənəvi tədris bu problemin həllində gücsüzdür və əksəriyyət vaxtı probl...