Fənnin məzmunu
Ø Giriş, fənnin
məqsədi və əhəmiyyəti.
Ø Fənn üzrə ümumi təlim nəticələri: fənn tədris
edildiyi dövr ərzində şagird hansı bilik, bacarıq və vərdişlərə yiyələnməli
olduğunun qısa və ümumi təsviri)
Ø Məzmun xətləri: Fənn üzrə ümumi təlim nəticələrinin
reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun
zəruri hissəsidir. Bir rəqəmlə ifadə olunur.
Ø Məzmun xətləri üzrə təlim nəticələri: Hər bir
məzmun xəttinə aid olan ümumi təlim nəticələri
Ø Məzmun standartları
Ø İnteqrasiya: 2 cür olur, fənlərarası və fənndaxili(üfüqi
və şaquli)
Məzmun
standartları
Standartlar təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə
qoyulmuş dövlət tələbidir. İki
səviyyəsi var:
Əsas standart:
ü Fənlər üzrə
müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.
ü Sinif və fənlər
üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir.
Əsas
standart iki rəqəmlə ifadə olunur(məs: 2.1, 1.3, 4.2 və s.)
Alt standart: 4 funksiyası var:
1. Təlim məqsədlərinin
dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.
2. Təlim
strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır.
3. .Təlimdə
inteqrativliyi təmin edir
4. Təlimin məzmununun
davamlı inkişafını təmin edir
Alt standart üç rəqəmlə ifadə olunur(məs: 1.2.1, 3.2.1, 4.1.3 və s.)
Standart 2 hissədən ibarətdir:
1. Bilik
2. Fəaliyyət
Ümumiyyətlə standartlar cəmi
iki cümlə üzvünün iştirak etdiyi cümlələr formasında yaradılıb: tamamlıq və xəbər.
Tamamlıq hissə bilik, xəbər hissə isə fəaliyyətdir.
Bilik özü 3 kateqoriyadan
ibarətdir:
§ Deklarativ- Fənn üzrə məlumat xarakterli biliklərdir. Bunların sırasına
artıq mövcud olan mühüm anlayışlar və faktlar, terminologiya və təriflər, hər
hansı bilik sahəsini dərk etmək və problemləri həll etmək üçün vacib olan məlumatlar
daxildir.
§ Prosedural- prosesi ehtiva edir. Bu bilik hər hansı fənn üzrə mühüm vərdiş və
proseslər kimi qəbul edilə bilər. Bu zaman uşağın fəaliyyəti və yaradıcılığı
öndə dayanır. Prosedural bilik hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin
icrasına kömək edən prosedur qaydaları əhatə edən biliklərdir. Bunların
sırasına tədqiqat, araşdırma və tətbiqetmə metod və texnikaları, alqoritmlər,
xüsusi metodologiyalar daxildir.
§ Kontekstual- sadəcə prosedural və ya deklarativ biliyin əsasında qurulan biliyin
yeni məzmununu təşkil edir. Konseptual bilik problemin həll edilməsi
yolu ilə əldə olunan yeni biliklərdir. Bunların sırasına müəyyən bilik
sahəsində münasib faktları ümumiləşdirən və əlaqələndirən şəxsin yaratdığı yeni
konsepsiyalar, ümumiləş- dirmələr, nəzəriyyələr, təsnifatlar, prinsiplər,
modellər, strukturlar daxildir.
Fəaliyyət də 3 kateqoriyaya bölünür:
§ İdraki(koqnitiv): Açar sözlər: tanımaq, izah etmək, nümunə göstərmək, istifadə etmək,
təhlil etmək, müqayisə etmək, dəyərləndirmək və s.
§ Emosional-affektiv(ünsiyyət): Açar sözlər: izah
etmək, təsvir etmək, şərh etmək, reaksiya vermək, təqdim etmək və s.
§ Psixomotor(hərəki): Açar sözlər: rəqs etmək, qaçmaq, yarmaq, rəsm çəkmək, quraşdırmaq və
s.
İnteqrasiya
2 cür olur: Fəndaxili və fənlərarası
Fəndaxili inteqrasiya müəyyən bir fənnin aşıladığı anlayış, bilik və bacarıqların əlaqələndirilməsi,
fənn daxilindəki faktların sistemləşdirilməsidir. Fəndaxili inteqrasiya həm
şaquli, həm də üfiqi ola bilər:
ü Üfiqi inteqrasiya fənn üzrə məzmun
xətlərini əlaqələndirməklə, müvafiq məzmun standartlarının müəyyən tədris
vahidlərində ifadə olunmasını təmin edir.
ü Şaquli inteqrasiya
isə standantların siniflər üzrə əlaqəsini əhatə edir və bəzən siniflərarası
inteqrasiya da adlandırılır.
Fənlərarası inteqrasiya iki və ya daha artıq fənnin əhatə etdiyi
anlayış, bilik, bacarıq və prinsipin sintezidir. Bu inteqrasiya bir fənnə aid
qanun, nəzəriyyə və metodların başqa bir fənnin öyrədilməsində istifadəsini nəzərdə
tutur.
Комментарии
Отправить комментарий