Taksonomiya

Təlim məqsədləri bilik, bacarıq vərdiş və dəyərlərin formalaşmasını əks etdirir
• Taksonomiya təlim məqsədlərinin həm iyerarxiyasını, həm də təsnifatını özündə birləşdirir.
• Təlim məqsədlərinin taksonomiyası Benjamen Blum (ABŞ) tərəfindən 1956-cı ildən təklif olunmuşdur .
Psixopedaqoji araşdırmalara görə, taksonomiyalar üç istiqamətdə qruplaşdırılır: koqnitiv (idrakı), affektiv (emosional), psixomotor taksonomiyalar.
Azərbaycanda psixologiya elmləri doktoru, professor Əbdül Əlizadə ilk dəfə olaraq taksonomiyaları tətbiq etmiş, üç tərkibli taksonomiyalar yaratmışdır.



İdrak taksonomiyası (Blum 1956)
Səviyyə
Ümumi təlim
nəticələri
Spesifiq təlim nəticələri
Fəaliyyətin göstəriciləri
BİLMƏ
Ümumi terminləri bilir
Müəyyən edir, təsvir edir, sadalayır, sıralayır, seçir
Yadda saxlamaq, xatırlamaq, tanımaq, işarə etmək
ANLAMA
Fakt və prinsipləri anlayır
Fərqləndirir, izah edir, nümunələr gətirir
izah etmək, bir ifadə vasitələrindən digər ifadə vasitələrinə keçirmək
TƏTBIQETMƏ
Konsepsiya və prinsipləri yeni şəraitdə tətbiq edir
Dəyişir, hesablayır, istifadə edir, nümayiş etdirir
Problem həll etmə, müəyyən nəticələr əldə etmək üçün informasiyaları tətbiq etmək
ANALİZ(TƏHLİL)
İşin təşkili strukturunu təhlil edir
Ayırır, hissələrə bölür,
əlaqələndirir, müəyyən edir
Onların bir yerdə necə mövcud olduğunu göstərmək üçün nəyisə parçalamaq, motivləri müəyyənləşdirmək
SİNTEZ
əşyaları və ideyaları təsnif edərək sxemlər yaradır
Yaradır, tərtib edir, yazır, nitq söyləyir, kəşf və ya ixtira edir.
Həm şifahi, yazılı formada, həm də fikrini ifadə edən obyekt ola bilən unikal, original məhsulu yaradılması
DƏYƏRLƏNDİRMƏ
Yazı materialının məntiqi ardıcıllığını
qiymətləndirir
Müqayisə edir, qarşılaşdırır, mühakimə yürüdür
Məsələ haqqında mühüm qərarlar çıxarmaq, mübahisələri həll etmək
Ünsiyyət taksonomiyası:
§  İzahetmə
§  Təsviretmə
§  Təqdimetmə
§  Şərhetmə
§  Reaksiyavermə
Psixomotor taksonomiya:
Taksonomiya təlim prosesində böyük rol oynayır. Təlim prosesinin planlaşdırılmasından başlayaraq, idarə olunmasına qədər bütün mərhələlərdə ona istinad etmək zərurəti yaranır.
Araşdırmalar göstərir ki, taksonomiyalar təlim əhəmiyyəti baxımından aşağıdakı imkanlara malikdir:
• Təlim məqsədlərini düzgün müəyyənləşdirmək
• Problemləri düzgün müəyyənləşdirmək və şagirdlər üçün tapşırıqlar tərtib etmək
• Qoyulmuş məqsədlərə uyğun qiymətləndirmə vasitələrini seçmək

• Təlim nəticələrinə əsaslanaraq refleksiyam düzgün keçirmək: bu və ya digər materialın öyrənilməsində şagirdlərin hansı çətinliklərlə qarşılaşdıqlarını müəyyən etmək.

Комментарии

  1. Online Gaming | happyluke.com - TopBet
    Online Gaming. Online Gaming. 제왕카지노 Online ทางเข้า m88 Gaming. Online Gaming. Casino. Online happyluke Gaming. Mobile Gaming. Mobile Gaming. Online Gaming.

    ОтветитьУдалить

Отправить комментарий

Популярные сообщения из этого блога

Fənnin məzmunu

Tarix fənninin tədrisində debat ən səmərəli metodlardan biri kimi